İnflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici amillərlə bağlıdır.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirib.
Bankın açıqlamasında qeyd olunub ki, əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorları hesab olunur.
Daxili risklər arasında isə xərc amilləri və məcmu tələbin izafi artımı vurğulanır. Ümumilikdə, 2025–2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir.
Baza ssenariyə əsasən, 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonu olan 4±2% səviyyəsində qalacağı proqnozu dəyişməzdir.
Fuad Mədətov
Finss.az