Bank sektorunda ilk yarımildə 56,7 milyon manatlıq kredit silinməsi qeydə alınıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında bank sektoru üzrə ümumilikdə 56,7 milyon manat məbləğində kredit silinməsi baş verib.
Bildirilib ki, silinmələrin böyük hissəsi istehlak kreditləri üzrə olub:
- İstehlak portfeli üzrə silinmələr 61,1% (34,61 milyon manat);
- Biznes portfeli üzrə isə 38,8% (22 milyon manat) təşkil edib. Məlumatda vurğulanıb ki, biznes kreditlərinin cəmi 2,8%-i qeyri-işlək statusundadır.
Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlərin həcmi 14,9% artaraq 431 milyon manata çatıb, QİK əmsalı isə 0,3 faiz bəndi artaraq 2,8% təşkil edib.
Məlumatda qeyd edilib ki, qeyri-işlək portfelin artımı əsasən tikinti sektoru üzrə olub və təhlillər göstərir ki, biznes portfelində QİK-in artımı fərdi müştərilər hesabına baş verib və sistem xarakteri daşımır.
Fuad Mədətov
Finss.az