2025-ci ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 516,592 milyon manat təşkil edib.
Bu barədə Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, göstərici əvvəlki ayla müqayisədə 7,1 milyon manat (1,4%), ötən ilin eyni dövrünə nisbətən isə 51,034 milyon manat (11%) artıb. Hesabat dövründə region üzrə kreditlərin orta faiz dərəcəsi 19,64% təşkil edib. Kreditlərin 515,429 milyon manatı milli valyutada, 1,163 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni dövrdə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşları əvvəlki ayla müqayisədə 8 milyon manat (61,7%) artaraq 12,933 milyon manata çatıb, orta faiz dərəcəsi isə 13,84% olub. Bu kreditlərin 12,053 milyon manatı milli valyutada, 8,857 milyon manatı isə SDV-də yerləşdirilib.
Qeyd olunur ki, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının həcmi 28,705 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 206,7 milyon manat (0,7%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,629 milyard manat (10,1%) çoxdur.
Fuad Mədətov
Finss.az