2025-ci ilin ilk altı ayında Azərbaycandan fiziki şəxslərin Çexiyaya etdiyi pul köçürmələrinin həcmi 2,134 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 253 min dollar və ya 13,5% çoxdur. Hesabat dövrü ərzində Azərbaycandan ölkə xaricinə edilən pul köçürmələrinin ümumi həcmində Çexiyanın payı 0,9% təşkil edib. Qeyd olunur ki, 2024-cü ilin ilk yarısında Çexiyaya pul köçürmələrinin həcmi 1,881 milyon dollar olub.
Bundan əlavə, 2025-ci ilin ilk altı ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin ümumi pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları, xarici ölkələrdən Azərbaycana gələn köçürmələrin həcmi isə 533,957 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 21,420 milyon dollar (8,2%) və 33,847 milyon dollar (6%) azalıb.
Fuad Mədətov
Finss.az