BANK

03 Oktyabr

Gürcüstandan Azərbaycana xarici investisiyalar 2,5 dəfə artıb

Cari ilin ilk yarısında Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 69,1 milyon ABŞ dolları olub.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 milyon dollar və ya təxminən 2,5 dəfə çoxdur. Hesabat dövründə Azərbaycana gələn birbaşa xarici investisiyaların ümumi həcminin 2,1 faizi Gürcüstandan daxil olub.

Azərbaycan isə bu dövrdə Gürcüstan iqtisadiyyatına 77,1 milyon dollar sərmayə yatırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 milyon dollar və ya 18,8 faiz çoxdur. Azərbaycan investisiyasının Gürcüstanın ümumi birbaşa xarici investisiyaları içində xüsusi payı 5,7 faiz təşkil edir. Buna görə də Gürcüstan Azərbaycanın ən çox sərmayə qoyduğu ölkələr arasında beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2024-cü ilin ilk yarısında Gürcüstandan Azərbaycana yatırımlar 27,6 milyon dollar, Azərbaycandan isə bu ölkəyə sərmayələr 64,9 milyon dollar olub.

Fuad Mədətov
Finss.az