BANK

05 Sentyabr

Azərbaycan banklarında yeni kredit və əmanət kampaniyaları - Həftənin ən sərfəli kredit aksiyaları

Azərbaycan bank sektorunda müştərilər üçün müxtəlif güzəştli kredit və sərfəli əmanət kampaniyaları elan olunub.

Azər Türk Bank kredit faizini endirdi

Finss.az - Dövlət bankı Azər Türk Bank bir il müddətinədək verilən istehlak kreditləri üzrə illik faiz dərəcəsini 10,5% səviyyəsində müəyyən edib.

Qeyd edək ki, 12 ay müddətinədək rəsmiləşdirilən kreditlər üzrə xidmət haqqı 0%-dir.

2 il müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi 15%-dir.

36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.

Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

Azər Türk Bankın saytında krediti online sifariş vermək mümkündür.

Kampaniya 2025-ci il 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

* * *

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir

Finss.az-Yeni dərs ilinin başlanması ərəfəsində Unibank müəllimlər üçün xüsusi kampaniya hazırlayıb. Düz 1 ay ərzində “Unibank”dan kredit götürən müəllimlər, 50 000 manatadək vəsaiti 0 % komissiya ilə əldə edə biləcəklər. Kampaniya bütün təhsil işçilərini əhatə edir. Sentyabrın sonunadək davam edən kampaniya çərçivəsində nağd kredit götürən hər bir təhsil əməkdaşı krediti komissiyasız rəsmiləşdirəcək. İllik 9,5 faizdən başlayan nağd kreditlər  60 ayadək müddətə verilir.

Üstəlik, kampaniya digər banklardakı kreditlərinizi “Unibank”a gətirmək imkanı da yaradır. Bununla ödənişlərinizi hər ay yalnız bir dəfə, daha rahat və sərfəli şəkildə edə biləcəksiniz.

Kampaniyanın üstünlükləri:

  • 0% komissiya;
  • illik 9.5%-dən başlayan faizlə kredit;
  • 50 000 AZN-dək məbləğ;
  • zamin tələbi yoxdur;
  • 60 ayadək ödəniş müddəti;
  • sürətli və rahat rəsmiləşdirmə;
  • müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

  • 055 457 81 17 WhatsApp nömrəsinə yazaraq;
  • “Kredit” sözünü SMS ilə 8117-yə göndərərək;
  • Bankın saytından onlayn müraciət etməklə: //unbk.az/nagdkredit.

Unibank- Sənin Bankın!

* * *

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı!

ABB müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib.

Finss.az xəbər verir ki, indi MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alışı üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə gərək yoxdur. İlkin razılığı ABB Home platforması üzərindən onlayn əldə etmək olar. Müştəri bununla vaxtına qənaət edir, ipoteka kreditinin əldə olunması prosesi sürətlənir.

Ölkəmizdə ipoteka bazarının lideri olan ABB-nin bu platformanı yaratmaqda məqsədi ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən çevik şəkildə təqdim etməkdir. ABB Home getdikcə təkmilləşdirilməklə beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılmaqdadır.

ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə əldə edib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər.

Burada ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” aləti də tətbiq olunur. Müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini asanlıqla öyrənirlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

* * *

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Finss.az - Pulunuz “Mücrü”də güvənlə artsın.

Minimum 300 AZN yerləşdirməklə Expressbankda şəxsi “Mücrü” hesabınızı açaraq əmanətinizə illik 10.5% artım əldə edə bilərsiniz.

Həmçinin “Mücrü”yə yerləşdirdiyiniz əmanəti istənilən vaxt artırmaq mümkündür. Belə ki, 10 AZN-dən az olmamaqla, ExpressPay ödəniş terminallarından, həmçinin Express24 tətbiqindəki şəxsi kabinetinizdən “Mücrü”nüzdəki məbləği artırmaq rahatlığınız var.

Məhsul haqqında daha ətraflı məlumata buradan baxa bilərsiniz.

Expressbank 2024-cü ildə beynəlxalq "Fitch Ratings" agentliyi tərəfindən gözlənti stabil olmaqla "B+" səviyyəsi ilə qiymətləndirilib. Bankın audit hesabatını böyük dördlüyə daxil olan KPMG audit şirkəti aparır.

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

* * *

Bank Respublika ilə Yeni mövsümə hazır olun!

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi

Finss.az - Yay tətili başa çatdı, indi isə yeni planlar, yeni hədəflər və yeni başlanğıclar vaxtıdır. İstər iş həyatına dönüş, istərsə də övladların məktəbə hazırlığı olsun – bütün bu xərcləri qarşılamaq üçün Bank Respublika müştərilərinə sərfəli şərtlərlə nağd kredit imkanı təqdim edir:

  • İllik faiz dərəcəsi – min.10%,
  • Maksimal məbləğ – 50.000 AZN,
  • Müddət – max. 60 ay təşkil edir.

Bank Respublika müştərilərin gündəlik ehtiyaclarını qarşılamaq, fərdi planlarını həyata keçirmək və maliyyə rahatlığı təmin etmək üçün sadələşdirilmiş müraciət prosesi və çevik rəsmiləşdirmə təklif edir.

“Bank Respublika”da kredit sifarişinin daha bir üstünlüyü ondan ibarətdir ki, krediti sifariş edən müştərilərə kredit məbləği karta köçürüləcək və kart birbaşa qeyd edilən ünvana çatdırılacaq.

Kredit əldə etmək istəyən istənilən peşə sahibləri krediti bankın filiallarına və ya bankın rəsmi saytında onlayn müraciət edərək asanlıqla sifariş edə bilərlər.

Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144