Finss.az - 2025-ci ilin sentyabr ayı üzrə Azərbaycan banklarında 18 aylıq manat əmanətləri üzrə faiz dərəcələri müəyyən edilib. Hazırda aylıq və müddətin sonunda faiz götürüldüyündə ən yüksək illik faiz 12% səviyyəsindədir.
Araşdırmaya əsasən, 18 aylıq manat depozitləri üçün Bank of Baku (Dinamik), Rabitəbank (Universal), Bank BTB (Müddətli), TuranBank (Sirlər Xəzinəsi), Yelo Bank (Sabit), Bank VTB (Sərfəli) və AFB Bank (Müddətli) həm aylıq, həm də müddətin sonunda 12% gəlirlilik təklif edir.
Leobank, Expressbank və AccessBank kimi banklar isə aylıq götürüldükdə 11,5%, müddətin sonunda 12% və ya 11,75% faiz dərəcəsi təqdim edir. Digər banklarda illik faiz dərəcəsi 9–11,5% intervalında dəyişir. Məsələn, ABB və Kapital Bank depozitləri üçün faiz müvafiq olaraq 9–10% səviyyəsindədir, Premium Bank və Ziraat Bank isə 9–9,5% təklif edir.
Qeyd olunur ki, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%-dir və fiziki şəxslərin 100.000 AZN-dək olan əmanətləri sığortalanır. Həmçinin, bəzi kampaniyalar məhdud müddət üçündür: Rabitəbankın kampaniyası 30 sentyabr 2025-ci il, AccessBank-ın kampaniyası isə 1 sentyabr 2025-ci il tarixinədək qüvvədədir. Bank Respublika isə müddətli əmanətlərin avtomatik uzadılması zamanı əlavə 0,25% faiz təqdim edir.
Aylıq faiz ödənişli depozitlərin cədvəli – 18 aylıq manat əmanətləri
Bank | Əmanət Növü | Aylıq faiz | Müddətin sonunda faiz |
---|---|---|---|
Bank of Baku | Dinamik | 12% | 12% |
Rabitəbank | Universal | 12% | 12% |
Bank BTB | Müddətli | 12% | 12% |
TuranBank | Sirlər Xəzinəsi | 12% | 12% |
Yelo Bank | Sabit | 12% | 12% |
Bank VTB | Sərfəli | 12% | 12% |
AFB Bank | Müddətli | 12% | 12% |
Leobank | Müddətli | 11,5% | 12% |
Expressbank | Klassik | 11,5% | 12% |
AccessBank | Müddətli | 11,5% | 11,75% |
Bank Avrasiya | Klassik | 11,25% | 11,5% |
Unibank | Müddətli | 10% | 10,25% |
Bank Respublika | Müddətli | 9,25% | 10% |
ABB | Klassik | 9% | 10% |
Kapital Bank | Kapital | 9% | 10% |
Premium Bank | Premium | 9% | 9,5% |
Ziraat Bank | Standart | 9% | 9,5% |