BANK

08 Avqust

Azərbaycanda lokal kartlarla əməliyyatların həcmi 4%-ə yaxın artıb

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə institutları tərəfindən (o cümlədən statistik vahidin ödəniş kartları) emissiya edilən lokal kartlarla aparılan əməliyyatların sayı 53,2 min ədəd, əməliyyatların ümumi həcmi isə 55,09 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə lokal kartlarla əməliyyatların sayı 251,5 milyon ədəd və ya 5,7 dəfə azalarkən, əməliyyatların həcmi 2,05 milyon manat və ya 3,9% artıb.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların sayı və həcmi dedikdə, ölkədə fəaliyyət göstərən yerli bank və maliyyə qurumlarının verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi göstəriciləri nəzərdə tutulur.

Fuad Mədətov
Finss.az