BANK

29 İyul

Azərbaycanda inşaat sektoruna kredit qoyuluşları 1,8 milyard manata çatıb

2025-ci ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,8 milyard manat təşkil edib.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB)  məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 50,2 milyon manat və ya 2,7% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə inşaat sektoruna kredit qoyuluşları 15,4 milyon manat və ya 0,8% azalma göstərib.

Ümumilikdə, ölkədə real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manatdır. Vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib. Bu, ümumi kredit portfelində aylıq müqayisədə 43 milyon manat və ya 0,1%, illik müqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir.

Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi aylıq ifadədə 19,1 milyon manat (3,8%), illik müqayisədə isə 75,7 milyon manat və ya 16,8% artıb.

Fuad Mədətov
Finss.az