2025-ci ilin iyulun 1-nə Azərbaycanda kredit təşkilatlarında (bank və qeyri-bank) müddətlər üzrə kredit qoyuluşlarının ümumi həcmi 30,2 milyard manat təşkil edib.
Bu barədə Finss.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, cəmi kredit qoyuluşlarının 26 milyard manatı milli valyutada, 4,2 milyard manatı isə xarici valyutada verilmiş kreditlərdir.
Milli valyutadakı kreditlərin 437,1 milyon manatının ödəmə vaxtı keçib. Xarici valyutadakı kreditlərin isə 90,3 milyon manatının vaxtı keçmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə, milli valyutada qoyulmuş kreditlər 3,6 milyard manat və ya 16,3% artaraq 26 milyard manata çatıb. Xarici valyutada kredit qoyuluşları isə 417,3 milyon manat və ya 9% azalıb.
Milli valyutadakı kreditlərin 4,2 milyard manatı qısamüddətli, 21,7 milyard manatı isə uzunmüddətli kreditlərdən ibarətdir. Xarici valyutadakı kreditlərin 663,1 milyon manatı qısamüddətli, 3,6 milyard manatı isə uzunmüddətli kreditlər təşkil edib.
Vaxtı keçmiş kreditlərin ümumi həcmi isə 527,4 milyon manatdır ki, bu da kredit portfelinin təxminən 1,75%-ni təşkil edir.
Fuad Mədətov
Finss.az