BANK

29 İyul

Azərbaycanda pul kütləsinin həcmi artıb

2025-ci ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,468 milyard manat təşkil edib.

Bu barədə Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, M3 pul aqreqatı ötən ayla müqayisədə 162 milyon manat və ya 0,3%, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə isə 3,406 milyard manat və ya 7,6% artıb.

Eyni tarixə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,817 milyard manat səviyyəsində olub. Bu göstərici aylıq müqayisədə 1,049 milyard manat və ya 2,9%, illik müqayisədə isə 1,690 milyard manat və ya 4,8% çoxalıb.

M1 pul aqreqatının həcmi isə 29,43 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 1,079 milyard manat və ya 3,8%, illik müqayisədə isə 874 milyon manat və ya 3,1% artımı göstərir.

Bundan əlavə, banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) iyulun 1-nə 16,513 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 336 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 923 milyon manat və ya 5,9% artıb.

Fuad Mədətov
Finss.az