BANK

28 İyul

AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqladı

Finss.az - Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 iyul 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.

Məlumata əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat səviyyəsində müəyyən olunub. Avro isə 1.9969 manat təşkil edir. Avstraliya dolları 1.1162 manat, İngilis funt sterlinqi 2.2839 manat, İsveçrə frankı isə 2.1366 manatdır.

Digər valyutalar arasında Rusiya rublu 100-lükdə 2.1375 manat, Türkiyə lirəsi 0.0419 manat, Çin yuanı isə 0.2371 manat kimi müəyyən edilib.

Bank metallarının rəsmi qiymətləri də açıqlanıb: 1 troy unsiya qızıl 5678.1530 manat, gümüş 64.9270 manat, platin 2413.7705 manat və palladium 2143.2750 manat səviyyəsindədir.