BANK

25 İyul

"RABİTƏBANK" ASC açıq TENDER elan edir

Tenderin adı: “QA strukturunun qurulması və avtomatlaşdırılmış test həlləri üzrə tender”   

Tenderin son tarixi: 30.07.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Qiymət təklifi xidmətlərə və lisenziyalara aid edilməlidir.
  • Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
  • İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması
  • Təklifin qüvvədə qalma müddəti: minimum 30 iş günü

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Son 3 ildə IT və ya bank sahəsində oxşar layihə icra təcrübəsinin olması
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı
  • Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış
  • Ən azı 3 istinad layihə təqdim edilməlidir.

Komanda və resurs tələbləri:

  • QA Mühəndisi (manual testing üzrə təcrübəli)
  • Test Automation Engineer (Selenium, Cypress və ya s. üzrə)
  • DevOps/CI-CD mütəxəssisi
  • Layihə meneceri (təcrübəsi təsdiqlənməlidir)

Texniki Tələblər

QA Strukturunun Qurulması:

  • QA strategiyasının hazırlanması.
  • Test planları və sənədlərin hazırlanması.
  • ISTQB metodologiyasına uyğun model.

Avtomatlaşdırılmış Test Sistemi:

  • Backend testləri (Postman, RestAssured)
  • UI testləri (Selenium, Playwright, Cypress)
  • Performance testləri (JMeter, K6)
  • Hesabat (Allure, ReportPortal)

CI/CD İnteqrasiyası:

  • Git, Jenkins, GitLab CI inteqrasiyası.
  • Testlərin deploy proseslərinə əlavə olunması.

Təslim Müddəti və Etaplar

  • Planlaşdırma və təhlil mərhələsi – 2 həftə
  • Strukturun dizaynı və sənədləşməsi – 2 həftə
  • Manual testlərin tətbiqi – 3 həftə
  • Avtomatlaşdırılmış testlərin tətbiqi – 4 həftə
  • CI/CD inteqrasiyası və pilot test – 2 həftə

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç.71) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.