İpoteka və Kredit Zəmanət Fondu (İKZF) indiyədək 54 912 borcalana 3,56 milyard manat həcmində ipoteka krediti təqdim edib.
Finss.az Fondun məlumatına əsaəsn xəbər verir ki, zəmanət və subsidiyalar verilmiş kreditlərin ümumi məbləği 581 milyon manat təşkil edir.
Bundan əlavə, 7 536 mənzil kirayə mexanizmi ilə vətəndaşlara təqdim olunub.
Qeyd edək ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi ilə formalaşdırılıb və onların hüquqi varisidir.