BANK

21 İyul

Mərkəzi Bank və BVF banklararası bazarın inkişafını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) mövcud əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı qlobal iqtisadi trendlər, inflyasiya gözləntiləri, pul siyasətinin ötürücülüyü, banklararası bazarın inkişafı, həmçinin maliyyə sektorunun sabitliyi və dayanıqlılığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda görüşdə BVF ilə mövcud əməkdaşlığın dərinləşdirilməsi və gələcək potensial əməkdaşlıq imkanları da müzakirə olunub.