BANK

18 phrase_var_core.july

Mərkəzi Bank “Kabox”un lisenziyasını ləğv etdi

Finss.az - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 17 iyul 2025-ci il tarixli qərarı ilə “Kabox” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) verilmiş ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanın ləğv olunmasına qərar verib.

Qərar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsaslanır. Bu maddələrə görə, “Kabox” MMC-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyi üçün 18 sentyabr 2024-cü il tarixli və ÖT-008 nömrəli lisenziya ləğv edilib.

Mərkəzi Bank tərəfindən verilən bu qərar ödəniş sistemlərinin şəffaflığı və etibarlılığının təmin olunması məqsədilə atılmış önəmli addım kimi qiymətləndirilir. İdarə Heyətinin qərarı ilə əlaqədar əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.