BANK

11 İyul

Yapı Kredi Bank Azərbaycan depozit portfelində kəskin azalma

Finss.az - Yapı Kredi Bank Azərbaycanın depozit portfeli 2025-ci ilin ilk altı ayında kəskin azalma nümayiş etdirib.

Bankın 30 iyun 2025-ci il tarixinə ümumi depozit portfeli 392,9 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonundan 141,8 milyon manat (26,5%) azalma deməkdir.

Əhalinin bankdakı əmanətləri də ilin ilk yarısında 9,2 milyon manat azalaraq 97,5 milyon manata enib. 2024-cü ilin sonuna olan rəqəm isə 106,8 milyon manat idi.

Ən böyük itki isə hüquqi şəxslərin depozitlərində müşahidə olunur. Şirkətlər ilk altı ayda bankdan 132,5 milyon manat vəsaiti geri çəkərək, hüquqi şəxslər üzrə depozit portfelini 428 milyon manatdan 295,5 milyon manata endiriblər.

Bu azalmalar bankın ümumi öhdəliklərinə də ciddi təsir göstərib. 2025-ci ilin ilk yarısında bankın cəmi öhdəlikləri 620,4 milyon manatdan 475,4 milyon manata düşüb.