Ölkəmizin maliyyə ekosisteminin beynəlxalq təcrübəyə uyğun inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə islahatlar sürətlə davam etdirilir.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.
Z.Nuriyev bildirib ki, islahatlar çərçivəsində Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq texnologiyasına əsaslanan mərkəzləşdirilmiş platforma yaratmaqla ekosistem iştirakçılarının inteqrasiyasını təmin etmək üçün işlər aparır.
“Maliyyə ekosisteminin vacib hissəsini təşkil edən və innovativ həllərin tətbiqində önəmli rol oynayan fintexlər – elektron pul və ödəniş təşkilatlarının fəaliyyəti beynəlxalq standartlara uyğun şəkildə tənzimlənir. Hazırda ölkədə 19 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatoru lisenziyalaşdırılıb,” – deyə o əlavə edib.
Fuad Mədətov
Finss.az