BANK

24 İyun

Daxili İşlər Nazirliyi xəbərdarlıq edir

Finss.az - İyunun 23-də baş vermiş kiber cinayətlər bank sektorunda vətəndaşların maliyyə təhlükəsizliyinə dair ciddi narahatlıqlar yaradıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin gün vətəndaşların bank kartlarından ümumilikdə minlərlə manat pul kiber üsulla oğurlanıb.

Rəsmi məlumatda bildirilir ki, müxtəlif şəxslərin bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241 və 70 manat məbləğində pul vəsaitləri icazəsiz şəkildə çıxarılıb. Bu, ümumilikdə ciddi miqdarda maliyyə itkisidir və vətəndaşların şəxsi maliyyə təhlükəsizliyinə yönəlik risklərin artdığını göstərir.

Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, bu cür oğurluq hallarının kökündə əsasən naməlum nömrələrdən gələn zənglər və SMS-lər, həmçinin saxta internet saytları və platformalar dayanır. Cinayətkarlar şəxsləri aldadaraq, bank kartı ilə bağlı gizli məlumatları – kart nömrəsi, PIN kodu, CVV və ən əsası bir dəfəlik təsdiq (OTP) şifrələrini – əldə edirlər.