BANK

20 İyun

Azərbaycanın tədiyə balansının ehtiyat aktivləri azalıb

2025-ci ilin birinci rübü ərzində Azərbaycanın tədiyə balansının ehtiyat aktivləri 0,4 milyard dollar azalıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 0,3 milyard dollar təşkil edib.

Qeyd olunur ki, cari əməliyyatlar hesabında 1,1 milyard dollar profisit yaranıb, lakin kapital və maliyyə hesabında 1,2 milyard dollarlıq kəsir qeydə alınıb.

Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 0,4 milyard dollar azalsa da, strateji valyuta aktivləri 2,5 milyard dollar artaraq 73,5 milyard dollara yüksəlib.

Eyni zamanda, bu dövrdə xam neftin orta qiyməti 74,2 dollar/barel olub.

Fuad Mədətov
Finss.az