BANK

19 İyun

Torpaq sahəsi almaq istəyənlərə 150 min AZN-dək ipoteka krediti təklif olunur

Kapital Bank çıxarış sənədi olan və təyinatı yaşayış sahəsi kimi qeyd edilən torpaq sahələrinin alışı üçün daxili vəsaiti hesabına ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu minimum 15 000 AZN, maksimum isə 150 000 AZN məbləğində rəsmiləşdirilə bilər.

Kreditin illik faiz dərəcəsi kreditin müddətindən asılı olaraq dəyişir. Belə ki, 5 ilədək olan müddət üçün illik faiz 17,5%, 15 ilədək olan kreditlər üzrə isə 18,5% təşkil edir. İlkin ödəniş hal-hazırda üzərində ev və ya mənzil olmayan şəxslər üçün 15%-dən başlayır. Əgər müraciət edən şəxsin mülkiyyətində ev və ya mənzil varsa, ilkin ödəniş tələbi 30%-dən başlayır.

Torpaq ipotekası üzrə komissiya haqqı 1% təşkil edir. Bundan əlavə, daxili qiymətləndirmə üçün komissiya haqqı torpaq sahəsinin dəyərinin 0,1%-i həcmində müəyyən edilir (minimum 50 AZN, maksimum 100 AZN).

Kredit üzrə ödənişlər aylıq annuitet üsulla — yəni müəyyən olunmuş qrafik üzrə bərabər aylıq ödənişlər formasında həyata keçirilir.

Bu imkan Kapital Bank-ın yaşayış təyinatlı torpaq sahəsi almaq istəyən vətəndaşlara daha əlverişli şərtlərlə kredit əldə etmək fürsəti yaradır.

Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/internal/item/65

Fuad Mədətov
Finss.az