“Azər-Türk Bank” ASC müştərilərinə 150 000 manatadək ipoteka krediti təqdim edir.
Finss.az xəbər verir ki, kredit məhsulu İpoteka və Kredit Zəmanət Fondu çərçivəsində rəsmiləşdirilir. Maksimal kredit müddəti 25 il, illik faiz dərəcəsi isə 8% təşkil edir.
Kredit yalnız Azərbaycan manatı ilə və Azərbaycan vətəndaşlarına təqdim olunur. İlkin ödəniş minimum 30% həcmində müəyyən edilib. İpoteka krediti üzrə aylıq ödəniş borcalanın və ya birgə borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır.
Rəsmiləşdirmə prosesi bankın “Rəqəmsal 6” filialında həyata keçirilir. Kreditə müraciət edən şəxsin yaşı kreditin son ödəniş tarixinədək pensiya yaşını aşmamalıdır. Əmlak Fondun siyahısına daxil olan müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli, həmçinin daşınmaz əmlak və həyat sığortası üzrə tələblər yerinə yetirilməlidir.
Ətraflı məlumat üçün: //atb.az/ipoteka/
Fuad Mədətov
Finss.az