BANK

12 İyun

40 000 AZN-ə qədər zaminsiz onlayn kredit xidməti

Access Bank müştərilərə zaminsiz və rahat onlayn kredit xidməti təqdim edir.

Finss.az xəbər verir ki, indi 40 000 AZN-ə qədər məbləği, 48 aya qədər müddətdə, sürətli və asan şəkildə əldə etmək mümkündür.

Kredit sifarişini onlayn verərək, filiallara getmədən, evdən və ya ofisdən rahatlıqla müraciət edə bilərsiniz. Bankın kredit kalkulyatoru vasitəsilə aylıq ödənişi və illik faiz dərəcəsini rahatlıqla hesablayıb, maliyyə planınızı əvvəlcədən qura bilərsiniz.

Access Bank-ın mütəxəssisləri kredit müraciətindən sonra ən qısa zamanda sizinlə əlaqə saxlayacaq. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 15.02%-dən başlayır.

Maliyyə ehtiyaclarınızı asan və sürətli şəkildə qarşılamaq üçün Access Bank-ın onlayn kredit xidmətindən yararlanın.

Ətraflı məlumat üçün: //www.accessbank.az/az/requests/onlayn-kredit

Fuad Mədətov
Finss.az