BANK

12 İyun

Əmanət təminatlı kredit: Faktiki illik faiz dərəcəsi 5.5%-dən başlayır

Yelo Bank ASC əmanət təminatlı kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, kredit məbləği minimum 400 AZN və ya əmanətin ekvivalent məbləğinin 100%-i qədər ola bilər. Kredit müddəti isə əmanətin müddətinin sonunadək nəzərdə tutulur. İllik faiz dərəcəsi əmanətin faiz dərəcəsinə 3% əlavə olunmaqla hesablanır, rəsmiləşdirmə komissiyası isə 0%-dir.

Kredit götürmək üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi tələb olunur. Qeyri-rezident şəxslər üçün isə xarici pasport, doğum haqqında şəhadətnamə (DYİ) və ya məktəb haqqında şəhadətnamə (MYİ) qəbul edilir. Yaş həddi minimum 18 yaşdır.

Faktiki illik faiz dərəcəsi 5.5%-dən 16.9%-ə qədər dəyişir. Kredit xətti kart ilə alındıqda, Yelo Bank ATM və ofislərindən nağdlaşdırma zamanı komissiya 1%-1.5% (minimum 1 AZN/USD/EUR) təşkil edir. Ölkədaxili və ölkəxarici bankların ATM-lərində 2% (minimum 3.5 AZN/USD/EUR), ofislərində isə 2% (minimum 5 AZN/USD/EUR) komissiya tətbiq olunur.

Ətraflı məlumat üçün: //www.yelo.az/az/individuals/loans/loans-with-savings-collateral/

Fuad Mədətov
Finss.az