BANK

11 İyun

“PAŞA Bank”ın əməliyyat xərcləri artıb

“PAŞA Bank” ASC-nin 2024-cü il üzrə əməliyyat xərcləri ötən il 172.9 milyon manat təşkil edib.

Finss.az bankın illik hesabatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4.7% artım deməkdir.

Məlumata görə, xərclərin əsas hissəsini işçilərə ödənilən maaşlar və sosial xərclər təşkil edib. 2023-cü ildə bu istiqamət üzrə xərclər 95.6 milyon manat olduğu halda, 2024-cü ildə 100.2 milyon manata yüksəlib.

Bankın əməkdaş sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü ildə 1,262 nəfər olan əməkdaş sayı 2024-cü ilin sonunda 1,416 nəfərə çataraq 12.2% artıb.

Xatırladaq ki, PAŞA Bank ötən il “Ən Yaxşı Özəl Bank” və “Ən Yaxşı KOS Bankı” mükafatlarına layiq görülüb. Bank 2025-ci ili “#CustomerFirst” ili elan edərək müştəri yönümlü strategiyasını daha da gücləndirməyi planlaşdırır.

Fuad Mədətov
Finss.az