Ziraat Bank Azərbaycan ASC avtomobil kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, bank 0 km və ikinci əl minik avtomobillərinin alınması üçün 24 aya qədər ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə kredit təklif edir. Kredit məbləği avtomobilin istehsal tarixindən asılı olaraq 1 ildən az olan avtomobillərdə dəyərinin 60%-ə, 1 ildən 3 ilə qədər olanlarda isə 50%-ə qədərdir. Effektiv illik faiz dərəcəsi 18,04%-dən 19,04%-ə qədər dəyişir. Kredit AZN valyutasında verilir, əmək haqqını xarici valyutada alan şəxslər isə xarici valyutada da müraciət edə bilərlər.
Kredit təminatı kimi alınan avtomobil qəbul edilir və avtomobilin KASKO sığortası tələb olunur. Avtomobil kreditindən Azərbaycan və Türkiyə vətəndaşları yararlana bilər. Türkiyə vətəndaşları üçün müvəqqəti və daimi yaşayış icazəsi və əsas iş yerinin Azərbaycanda olması zəruridir.
Müraciət üçün şəxsiyyət və gəliri təsdiq edən sənədlər tələb olunur. Sıfır km avtomobillərdə əlavə olaraq faktura, alqı-satqı müqaviləsi, qiymətləndirmə aktı və müayinə arayışı təqdim edilməlidir. Kredit üçün Bakı, Sumqayıt və Gəncə filiallarına müraciət etmək mümkündür.
Bank həmçinin kredit alanlara həyat sığortası əldə etməyi tövsiyə edir. Bu sığorta borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarına qarşı ailəni borc yükündən qoruyur.
Sığorta qaydaları ilə tanış olmaq üçün: //e-qanun.az/framework/56958
Ətraflı məlumat üçün: //ziraatbank.az/az/avtomobil-krediti
Fuad Mədətov
Finss.az