BANK

10 İyun

Lombard təminatlı kredit: 300 manatdan başlayaraq maliyyə dəstəyi

“TuranBank” ASC fiziki şəxslər üçün nağd pul formasında lombard kreditləri təklif edir.

Finss.az xəbər verir ki, istehlak və biznes ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan bu kredit məhsulu yalnız Azərbaycan manatı ilə təqdim olunur.

Müştərilər kreditlərini istəyə uyğun olaraq annuitet və ya sərbəst qrafikli ödəniş forması ilə – yəni aylıq bərabər məbləğlərlə və ya yalnız aylıq faiz ödənişi ilə həyata keçirə bilərlər. Kreditin məbləği minimum 300 manat, maksimum məbləğ isə fərdi qaydada müəyyən olunur.

Kreditin təminatı qızıl və zinət əşyalarıdır. Müddət 1 aydan 36 aya qədərdir. Kreditə 1% komissiya tətbiq edilir. İllik faiz dərəcəsi isə minimum 18%-dən başlayır və bu rəqəm kreditin müddəti, eləcə də müştərinin TuranBank və digər banklardakı kredit tarixçəsindən asılı olaraq dəyişə bilər.

Yeni lombard kreditləri qısamüddətli maliyyə ehtiyaclarını operativ şəkildə qarşılamaq istəyən müştərilər üçün əlverişli imkanlar təqdim edir.

Ətraflı məlumat üçün: //www.turanbank.az/az/pages/22/247

Fuad Mədətov
Finss.az