BANK

09 İyun

Milli valyutada banklararası əməliyyatlar kəskin artıb: Bloomberg-də 3,3, REPO bazarında 2,5 dəfə artım

Ötən il ərzində "Bloomberg" platformasında banklar arasında milli valyutada 101,8 milyard manat məbləğində 3761 əqd bağlanıb.

Finss.az bu barədə AMB-yə istiandən xəbər verir ki, bu əməliyyatların 97%-nin müddəti 1-3 günlük olub. Hesabat ilində banklararası REPO bazarında 11.5 milyard manat həcmində 723 əqd bağlanıb.

2023-cü illə müqayisədə Blumberq platformasında bağlanılan əməliyyatların həcmi 3.3 dəfə, banklararası REPO bazarındakı əməliyyatların həcmi isə 2.5 dəfə artıb.

Fuad Mədətov
Finss.az