BANK

04 İyun

Rəsmi gəliri olan şəxslər üçün 150 min manatadək ipoteka təqdim edilir

“Azərbaycan Sənaye Bankı” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına 150 000 manatadək ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, kreditin illik faiz dərəcəsi 7-8%, maksimal müddəti isə 25 ilə qədər müəyyən olunub.

İpoteka krediti yalnız Azərbaycan vətəndaşlarına verilir və alınacaq yaşayış sahəsinin bazar dəyərinin 80%-ni keçməməlidir. İlkin ödəniş məbləği isə minimum 20% təşkil edir. Təminat və əmlak sığortası ilə bağlı bütün xərclər müştərinin üzərinə düşür.

Əlavə məlumat üçün: //www.asb.az/az/kreditler/ipoteka

Fuad Mədətov
Finss.az