Expressbank müştərilərinə bankdakı depozitləri əsasında illik depozit faizi +3% olmaqla sərfəli istehlak krediti təklif edir.
Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 200 000 manat, müddəti isə depozit müqaviləsinin bitmə tarixinədək müəyyən olunur.
Kredit həm nağd şəkildə, həm də kredit kartı formasında təqdim edilir. AZN valyutasında kreditlər üzrə kredit təminat nisbəti 100%-ə qədər müəyyənləşdirilib, güzəşt müddətli kredit kartlarında isə bu nisbət 50%-dir.
Qeyd edək ki, kredit əmanət sahibinin adına rəsmiləşdirilmədikdə illik faiz dərəcəsi depozit faizi +5% təşkil edir. Güzəşt müddətli kredit kartı üzrə isə istifadə edilən məbləğə növbəti ayın 10-dək faiz hesablanmır.
Ətraflı məlumat üçün keçid: //www.expressbank.az/az/credit/depozit-teminatli-istehlak-krediti
Fuad Mədətov
Finss.az