BANK

04 İyun

“Kredit Servis BOKT” MMC-n xalis mənfəət 2% azalıb

Finss.az - “Kredit Servis BOKT” MMC-nin 2024-cü ilin illik audit hesabatına istinadən yaydığı məlumata görə, şirkətin xalis mənfəəti 64 min manat təşkil edib və bu, əvvəlki ilə nisbətən 2% azalma deməkdir.

“Banker.az” BOKT-n hesabatına əsasən, xəbər verir ki, cəmi aktivlər 15,2% artaraq 1,6 milyon manatı ötüb. Aktivlərin artımı əsasən uzunmüddətli aktivlərin 62,5% yüksəlməsi ilə əlaqələndirilir. Digər tərəfdən, qısamüddətli aktivlər 75% azalma ilə 120 min manat səviyyəsinə enib. Maraqlıdır ki, 2023-cü ilin mənfəəti sənəddə dəqiqləşdirilməyib.

Şirkətin cəmi kapitalı 1,3 milyon manat səviyyəsində stabilliyini qorusa da, ümumi öhdəliklərdə ciddi artım – 513% – qeydə alınıb və 261 min manata çatıb.

Qeyd edək ki, “Kredit Servis” 2011-ci ildə fəaliyyətə başlayıb və nizamnamə kapitalı 1 milyon 283 min manatdır.