Yapı Kredi Bank Azərbaycan 120 dəqiqəyə qədər müddətdə nağd pul krediti əldə etmək istəyən fiziki şəxslərə "Sürətli Kredit" məhsulunu təklif edir.
Finss.az xəbər verir ki, müraciət üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış yetərlidir.
Yeni müştərilər üçün illik faiz dərəcəsi 17%, təkrar müştərilər üçün isə 16% təşkil edir. FİFD yeni müştərilər üçün minimum 17.97%-dən, təkrar müştərilər üçün isə minimum 16.97%-dən başlayır. Kredit məbləği 300 AZN-dən 5000 AZN-ə qədər, müddəti isə 3-59 ay arasında dəyişir. Girov və zamin tələbi yoxdur, lakin bank istisna hallarda girov tələb edə bilər.
Kredit məhsulu dövlət işçiləri, müəllimlər, İT və neft sektorunda çalışan şəxslər, bank əməkdaşları və Yapı Kredi Bank-dan əmək haqqı alan müştərilər üçün daha əlverişli şərtlərlə təqdim edilir.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/nagd-pul-kreditleri-ekspress-kredit
Fuad Mədətov
Finss.az