BANK

04 İyun

İlk dəfə kredit götürənlərə sərfəli faizlə maliyyə dəstəyi

Yapı Kredi Bank Azərbaycan yeni müştərilər üçün endirimli istehlak krediti təklif edir.

Finss.az xəbər verir ki, bankda ilk dəfə kredit götürmək istəyən şəxslər müraciət edə bilər.

Kreditin illik faiz dərəcəsi 3-12 ay müddətində 11.5%, 3-24 ayda 13.5%, 25-59 ayda isə 16% təşkil edir. Kredit məbləği 300 AZN-dən başlayaraq 50 000 AZN-ə qədərdir.

Girov və zamin tələb olunmur, lakin istisna hallarda bank girov tələb edə bilər. Müraciət üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim olunmalıdır. Bank kredit şərtlərini müştərinin vəziyyətinə uyğun olaraq dəyişə bilər.

Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/yeni-musterilere

Fuad Mədətov
Finss.az