BANK

03 İyun

Mikro biznes üçün həm AZN, həm də USD valyutasında kredit təqdim olunur

Bank “BTB” ASC fərdi sahibkarlar və hüquqi şəxslər üçün mikro kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, kreditə ölkənin bütün inzibati ərazilərində fəaliyyət göstərən və azı 12 ay staja malik sahibkarlar müraciət edə bilərlər.

Mikro kreditin məbləği minimum 500 AZN ekvivalentindən başlayaraq maksimum 50 000 AZN ekvivalentinədək dəyişir. Kreditlər həm milli (AZN), həm də xarici valyutada (USD) təqdim olunur. Müddət 1 aydan 48 ayadək nəzərdə tutulur.

İllik faiz dərəcəsi AZN üzrə 18-26%, USD üzrə isə 12-16% aralığında dəyişir. Kreditin rəsmiləşdirilməsi zamanı 1-18 ay müddətli kreditlərə 1%, 19-48 ay müddətli kreditlərə isə 1,5% komissiya tətbiq edilir. Nağdlaşdırma zamanı isə komissiya tutulmur.

Kredit üçün tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, fəaliyyət, gəlir və yaşayış yerini təsdiq edən sənədlər daxildir. Girov təminatı kimi isə rəsmi və qeyri-rəsmi gəliri olan zamin, daşınmaz əmlak, nəqliyyat vasitələri, qızıl, depozit, ev əşyaları və dövriyyə malları qəbul olunur.

Bank “BTB” bu məhsulu ilə mikro sahibkarlığın inkişafını dəstəkləyərək, biznesin genişlənməsinə əlverişli maliyyə imkanları yaradır.

Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/mikro-kredit-15

Fuad Mədətov
Finss.az