Bank VTB (Azərbaycan) ASC, İpoteka Kredit və Zəmanət Fondu ilə birgə sahibkarlıq subyektlərinə 10 000 000 AZN-dək məbləğdə zəmanətli və subsidiyalı kreditlər təklif edir.
Finss.az xəbər verir ki, kreditin müddəti 7 ilədəkdir. Faiz dərəcəsi illik 14%-dən başlayır. Fond tərəfindən kredit məbləğinin 90%-dək hissəsinə zəmanət verilir. Kreditlər üzrə maksimum 12 aya qədər güzəşt müddəti nəzərdə tutulur.
Bununla yanaşı, illik faiz dərəcəsinin 8 faiz bəndi qədər subsidiyanın verilməsi də mümkündür. Subsidiya müddəti isə 36 ayadək davam edə bilər.
Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/i-poteka-kredit-v-z-man-t-fondu-kreditl-ri/state-programm-loans-guarantee-subsidy-1/
Fuad Mədətov
Finss.az