BANK

02 İyun

Azərbaycanda pul kütləsinin həcmi 4,3% artıb

Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,207 milyard manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 476,9 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,930 milyard manat və ya 4,3% çoxdur.

Bundan başqa, 2025-ci ilin mayın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,438 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 120,3 milyon manat və ya 0,3% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,170 milyard manat və ya 3,4% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,061 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 250,4 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 254,2 milyon manat və ya 1% azdır.

Eyni zamanda, bu ilin mayın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,046 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 28,9 milyon manat və ya 0,2% az, ötən ilin eyni dövrünə nisbətən isə 748,3 milyon manat 5% çoxdur.

Fuad Mədətov
Finss.az