Bu ilin mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,924 milyard manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 665,8 milyon manat və ya 2,4%, ötən ilin mayın 1-nə nisbətən isə 2,643 milyard manat və ya 10,1% çoxdur.
Eyni zamanda, hesabat dövründə bankların xalis daxili aktivləri isə 18,282 milyard manata bərabər olub ki, bu da cari ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 188,9 milyon manat və ya 1%, ötən ilin mayın 1-nə nisbətən isə 713,1 milyon manat və ya 3,8% azdır.