BANK

30 May

AMB-nin beynəlxalq ehtiyatları artıb

Cari ilin mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatları 11,062 milyard ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 36 milyon ABŞ dolları və ya 0,3% artım, bir il əvvəlki göstəriciyə nisbətən isə 598,3 milyon ABŞ dolları və ya 5,1% azalma deməkdir.

Qeyd edək ki, AMB-nin rəsmi beynəlxalq ehtiyatları cari ilin aprelin 1-nə 11,026 milyard ABŞ dolları, 2024-cü ilin mayın 1-nə isə 11,660 milyard ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az