Bu ilin yanvar-aprel aylarında Azərbaycanda bankların cəmi aktivləri 54,607 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövrü ərizndə sektorun cəmi öhdəlikləri 47,625 milyard manat, balans kapitalı 6,981 milyard manata bərabər olub ki, bu da müvafiq olaraq 11% və 10,4% artım deməkdir.
Hesabat ayında bankların kredit portfeli 0,8% və ya 219,4 milyon manat artaraq 28,096 milyard manat olub.
Kredit portfelinin 53,2%-i (14,952 milyard manat) biznes kreditlərinin, 31,1%-i (8,747 milyard manat) istehlak kreditlərinin və 15.7%-i (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 1,7% təşkil edib.
Fuad Mədətov
Finss.az