Bu ilin aprel ayında bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 215.8 milyon manat azalaraq 2,37 milyard manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki azalma ilə əlaqədardır.
Bununla yanaşı, cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.4% artaraq 35,438.8 mln. manat təşkil edib.
Fuad Mədətov
Finss.az