Bank VTB (Azərbaycan) ASC Sahibkarlığın İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində müxtəlif kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, investisiya məqsədləri üçün kreditlərin müddəti 10 ilə qədərdir və məbləği 5 000-dən 10 000 000 AZN-ə qədər dəyişir. Bu kreditlər üzrə faiz dərəcəsi 5%-dir. Kreditin yarısı qədər müddətdə güzəşt müddəti tətbiq olunur.
Avadanlığın alınması məqsədilə verilən kreditlərin müddəti isə 5 ilədəkdir. Bu kreditlərin məbləği 5 000 AZN-dən başlayaraq 3 000 000 AZN-dək ola bilər və faiz dərəcəsi 9%-dir. Avadanlıq krediti üzrə güzəşt müddəti 12 aya qədər müəyyən edilir.
Bank VTB-nin Sahibkarlığın İnkişaf Fondu ilə birgə təqdim etdiyi kreditlər sahibkarlara əlverişli şərtlərlə investisiya və avadanlıq alınması üçün maliyyə dəstəyi imkanı yaradır.
Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/inkishaf-fondu/state-programm-loans/
Fuad Mədətov
Finss.az