BANK

30 May

Mikro sahibkarlıq fəaliyyətini genişləndirmək üçün əlverişli maliyyə həlləri

Bank VTB (Azərbaycan) ASC mikro biznesin inkişafı üçün əlverişli kredit təklif edir.

Finss.az xəbər verir ki, mikro biznes krediti 50 000 AZN-dək verilir və yalnız AZN valyutasında təqdim olunur. Kredit müddəti 36 aya qədərdir. Faiz dərəcəsi 18%-dən başlayır. Kampaniya çərçivəsində komissiya xərci yoxdur.

Kredit banka getmədən, onlayn sifariş və rəqəmsal SİMA İmza vasitəsilə məsafədən rəsmiləşdirilə bilər. Həmçinin kredit vəsaiti girovsuz təqdim olunur və istək üzrə ünvana çatdırıla bilər.

Bank VTB mikro biznes sahiblərinə bu kreditlə fəaliyyətlərini genişləndirmək və maliyyə ehtiyaclarını qarşılamaq imkanı yaradır.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/micro-loan/mikro-kredit/

Fuad Mədətov
Finss.az