BANK

30 May

MİDA mənzilləri üçün güzəştli ipoteka krediti təqdim olunur

Bank VTB (Azərbaycan) ASC AR İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti – MİDA kreditini təqdim edir.

Finss.az xəbər verir ki, MİDA ipoteka krediti ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən maliyyələşdirilən MİDA MMC-nin inşa etdiyi mənzillər alınır. Kreditin maksimal məbləği 100 000 AZN, müddəti 30 il, illik faiz dərəcəsi isə maksimum 4% təşkil edir. İlkin ödəniş 10%-dən başlayır.

Güzəştli ipoteka kreditindən istifadə etmək üçün borcalanlardan şəxsiyyət və digər müvafiq sənədlər tələb olunur. Borcalan evlidirsə, həyat yoldaşının sənədləri də təqdim edilməlidir. Subay olanlar üçün isə müvafiq arayışlar tələb olunur.

Kreditdən əsasən gənc ailə üzvləri, şəhid ailələri, milli qəhrəmanlar, məcburi köçkünlər, dövlət qulluğunda və ümumtəhsil sahəsində müəyyən müddət işləyənlər, fəlsəfə və elmlər doktorları, idman sahəsində xüsusi xidmətləri olan şəxslər və digər müəyyən kateqoriyalar faydalana bilər.

Bank bildirir ki, güzəştli ipoteka kreditindən istifadə hüququ olan şəxslər bu imkandan yalnız bir dəfə yararlana bilərlər.

Kredit haqqında daha ətraflı məlumat və sənədlərin siyahısı Bank VTB-nin rəsmi saytında təqdim olunub.

Ətraflı məlumat üçün keçid: //vtb.az/personal/mortage/mida/

Fuad Mədətov
Finss.az