BANK

29 May

Əmanət girovu əsasında 500 AZN-dən başlayan kredit imkanı yaradılır

“AFB Bank” ASC-də əmanət yerləşdirən müştərilər üçün əmanət girovu əsasında kredit imkanı yaradılıb.

Finss.az xəbər verir ki, kreditin minimal məbləği 500 AZN, maksimal məbləğ isə əmanət məbləğinin 90%-i qədər müəyyən edilir. Kredit AZN və ya ABŞ dolları valyutalarında təqdim olunur.

Kredit müddəti 1-dən 36 aya qədərdir. Kreditin faiz dərəcəsi eyni valyutada olduqda əmanətin faiz dərəcəsinə 3% əlavə edilərək hesablanır. Fərqli valyutada kredit götürülərsə, 1-12 ay üçün 10%, 13-24 ay üçün 11%, 25-36 ay üçün isə 13% faiz dərəcəsi tətbiq edilir.

Kreditin faktiki illik faiz dərəcəsi 5%-dən 14.5%-ə qədər dəyişir.

Kredit almaq üçün müştəri 18 yaşını tamamlamalı və Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidenti olmalıdır.

Ətraflı məlumat üçün keçid: //afb.az/emanet-girovu-ile-kredit

Fuad Mədətov
Finss.az