BANK

29 May

Mənzil almaq istəyənlər üçün 4% illik faizlə uzunmüddətli kredit imkanı mövcuddur

“AFB Bank” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına, MİDA tərəfindən inşa edilən mənzillərin alınması üçün güzəştli ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 100 000 AZN-ə qədərdir. İllik faiz dərəcəsi 4% təşkil edir. Minimal ilkin ödəniş 10%-dir.

Krediti 35 yaşdan aşağı olan gənc ailə üzvləri və həmçinin yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər əldə edə bilərlər.

Ətraflı məlumat üçün keçid: //afb.az/mida-xetti-ile-ipoteka

Fuad Mədətov
Finss.az