BANK

29 May

Plastik kartla 20,000 AZN-dək kredit 18% illik faizlə təklif olunur

“Bank Avrasiya” ASC müştərilərinə 20 000 AZN-dək məbləğdə plastik kart krediti təklif edir.

Finss.az xəbər verir ki, kredit 36 ayadək müddətə, illik 18% faiz dərəcəsi ilə təqdim olunur. Müştərilərə 40 günədək güzəşt müddəti də tətbiq edilir. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi və gəlirlərə dair arayış kifayət edir. Kreditin verilməsinə görə komissiya tutulmur, yalnız nağdlaşdırma zamanı 1% xidmət haqqı tətbiq olunur. Kredit 19-65 yaş arası şəxslər üçün nəzərdə tutulub və yalnız AZN valyutası ilə verilir. Minimal kredit məbləği 500 AZN-dir.

Ətraflı məlumat üçün keçid: //bankavrasiya.az/retail/loans/plastik-kart-krediti/

Fuad Mədətov
Finss.az