BANK

29 May

Azərbaycana daxil olan və xaricə göndərilən sürətli pul köçürmələri azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 484,3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən məbləğ isə 158,7 milyon manat təşkil edib.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə banklara daxil olan vəsaitin həcmi 123,2 milyon manat və ya 20,3%, xaricə köçürülən vəsaitin həcmi isə 14,4 milyon manat və ya 8,3% azalıb.

Xatırladaq ki, 2024-cü ilin ilk dörd ayında banklara 607,5 milyon manat, banklardan isə 173,1 milyon manat həcmində sürətli pul köçürməsi həyata keçirilib.

Fuad Mədətov
Finss.az