BANK

28 May

Azərbaycan banklarının xalis mənfəəti 16,6% azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan bankları 339,8 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% azdır.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, həmin dövrdə bank sektorunun əməliyyat mənfəəti 3,6% azalaraq 564,4 milyon manata enib.

Eyni zamanda, 2025-ci ilin ilk dörd ayında banklar ümumilikdə 90,1 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Ötən ilin müvafiq dövründə bu rəqəm 89,9 milyon manat olub.

Fuad Mədətov
Finss.az