Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin sonuna olan məlumata əsasən, Şimali Amerikadakı aktivləri 11,841 milyard manat təşkil edib.
Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir ki, göstəricilər 2023-cü ilin sonu ilə müqayisədə 2,802 milyard manat və ya 19,1% azalma olduğunu ortaya qoyur. Xatırladaq ki, ötən ilin sonunda bu rəqəm 14,643 milyard manat idi.
Hesabat dövründə AMB-nin Şimali Amerikadakı aktivlərinin strukturu belə formalaşıb: 2,827 milyard manat pul vəsaitləri və onların ekvivalentləri, 8,969 milyard manat borc qiymətli kağızlar, 45,5 milyon manat isə sair maliyyə aktivləri.
Fuad Mədətov
Finss.az