Ötən ilin sonuna olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) Şərqi Asiyadakı aktivlərinin həcmi 3,173 milyard manat təşkil edib.
Finss.az AMB-yə İstiandən xəbər verir ki, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 1,719 milyard manat və ya 2,2 dəfə artıb.
2023-cü ilin sonunda AMB-nin Şərqi Asiyadakı aktivləri 1,454 milyard manat idi.
Hesabat dövründə AMB-nin Şərqi Asiyadakı aktivlərinin 2 milyon manatı pul vəsaitləri və onların ekvivalentləri, 3,171 milyard manatı isə borc qiymətli kağızlardan ibarət olub.
Fuad Mədətov
Finss.az